Dağsiçanı Ozzi məktəbə gedir: “EU4Energy” və “EU Neighbours East” bərpa olunan enerjiyə dair layihənin yeni mərhələsinə start verib
Noyabr 6, 2023

Dağsiçanı Ozzi məktəbə gedir: “EU4Energy” və “EU Neighbours East” bərpa olunan enerjiyə dair layihənin yeni mərhələsinə start verib


Bu gün, noyabrın 6-da “EU4Energy” proqramı bərpa olunan enerji mənbələrinin təşviqinə və bu mənbələrin iqlim dəyişikliyinin təsirinin azaldılmasındakı rolunu məktəblilərə çatdırılmasına yönəlmiş yeni kampaniyaya başlayır. 

Kampaniyanın əsas personajı Dağsiçanı Ozzidir. O, təmiz enerjiyə həsr olunmuş komiks kitabının da baş qəhrəmanıdır. Bu maarifləndirmə kampaniyasında Ozzi Aİ-nin enerjinin səmərəliliyi üzrə gənc səfiri olaraq bərpa olunan enerjinin planetimizin gələcəyi üçün nə dərəcədə vacib olduğunu nümayiş etdirəcək.

Kampaniya Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER) tərəfindən “EU Neighbours East” proqramı və Gürcüstanın Milli Enerji və Su Təchizatının Tənzimlənməsi Komissiyası (GNERC) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. İlkin olaraq layihənin Gürcüstanda pilot formatda həyata keçirilməsi və tədricən bütün Şərq Tərəfdaşlığı ölkələrində icra olunması nəzərdə tutulub.

Kampaniya ərzində Gənc Avropa səfirləri (EU Neighbours East çərçivəsində qeyri-siyasi gənclər şəbəkəsi olan YEAs) və GNERC-dən ekspertlər Gürcüstanda məktəbləri ziyarət edərək sadələşdirilmiş, lakin informativ şəkildə uşaqlar üçün xüsusi olaraq hazırlanmış cəlbedici tədris materialları ilə bərpa olunan enerji mənbələri üzrə seminarlar təşkil edəcəklər.

Kampaniya “EU4Energy Faza 2: Şərq Tərəfdaşlığı ölkələrində ekoloji cəhətdən təmiz enerjiyə keçidin təşviqi” proqramı çərçivəsində hazırlanıb və enerjiyə dair etibarlı qanunvericilik və normativ-hüquqi bazaların yaradılmasına töhfə vermək, regionun təmiz enerjiyə keçidini və enerji bazarının liberallaşdırılmasını dəstəkləmək məqsədi daşıyır. Proqram 2024-cü ilin dekabr ayına qədər davam edəcək. Buraya xərclərin əksetdirmə qabiliyyətinin təşviqi ilə yanaşı, bazarın enerji ilə əlaqəli bütün seqmentlərində rəqəmsal texnologiyaların tədricən tətbiqi daxildir. Beləliklə, Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşları dayanıqlı enerji sərmayələrindən, regional bazarın inteqrasiyasının və regiondaxili ticarətin gücləndirilməsindən faydalanacaqlar.

“EU4Energy” təşəbbüsünün ümumi büdcəsi 8,5 milyon avro olmaqla Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Təşəbbüs CEER, Beynəlxalq Enerji Agentliyi (BEA) və Enerji İcması Katibliyi (EnCS) ilə birgə icra olunur.

Daha çox öyrən

EU4Energy proqramı

EU NEIGHBOURS EAST 

Gürcüstanın Milli Enerji və Su Təchizatının Tənzimlənməsi Komissiyası 

Dağsiçanı Ozzinin internet səhifəsi 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,