Sentyabrın 21-də Avropa İttifaqı Azərbaycanın Dağlıq Qarabağda yaşayan erməni əhalisinə qarşı hərbi əməliyyatını pisləyib və eskalasiya nəticəsində insan tələfatının və həyatını itirənlərin olması ilə bağlı təəssüf hissini ifadə edib.
Aİ həmçinin atəşkəs haqqında razılaşmanın ardınca Brüsselin “hərbi əməliyyatların dərhal və tamamilə dayandırılmasını və atəşkəs rejiminə riayət edilməsini” gözlədiyini bildirib.
Aİ Laçın dəhlizinin tam açılması daxil olmaqla Azərbaycanı təcili şəkildə ehtiyacı olan sakinlərin humanitar xidmətlərə maneəsiz çıxışını təmin etməyə çağırır.
“Humanitar yardım göstərən tərəflər sərbəst fəaliyyət göstərmək imkanına malik olmalıdırlar. Aİ və ona üzv dövlətlər təcili humanitar yardım göstərməyə hazırdır”, – Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin (EEAS) mətbuat üçün açıqlamasında deyilir.
Eyni zamanda, Aİ rəsmi Bakını və Qarabağ ermənilərini “dərhal hərtərəfli və şəffaf dialoqa başlamağa” çağırır.
“Azərbaycan Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin etmək, o cümlədən onların öz evlərində hədə-qorxusuz və diskriminasiyaya məruz qalmadan yaşamaq hüququnu təmin etmək üçün məsuliyyət daşıyır”, – mətbuat üçün açıqlamada belə deyilir. “Mülki əhalinin hərbi, yaxud digər vasitələrlə məcburi köçürülməsi Aİ tərəfindən ciddi reaksiya ilə qarşılanacaq”.
Aİ bir daha həm Azərbaycanın, həm də Ermənistanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini qeyd edərək Azərbaycanı 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünə hörmət etdiyini birmənalı olaraq təsdiqləməyə çağırıb.
Aİ Ermənistan və Azərbaycan arasında həll olunmamış məsələlərlə bağlı danışıqların bərpa olunmasına və paralel olaraq sülh razılaşmasının yekunlaşdırılmasına səsləyib və ittifaqın tərəflər arasında dialoqa bundan sonra da vasitəçilik etməyə hazır olduğunu bildirib.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,