Bu gün Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağda “dərhal hərbi əməliyyatların dayandırılmasına və Azərbaycanın cari hərbi fəaliyyətinin dayandırılmasına” çağırıb.
Aİ-nin Ali Nümayəndəsi Cozep Borrelin açıqladığı bəyanatda Avropa İttifaqı təmas xətti boyunca və Qarabağdakı digər yerlərdə hərbi eskalasiyanı pisləyib.
“Bu hərbi eskalasiya yerli əhalini köçməyə məcburi etmək üçün istifadə edilməməlidir”, – deyə Borrel qeyd edib.
Aİ-nin Cənubi Qafqaz və böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar da X-də (keçmiş Twitter) “dinc birgəyaşayışın yeganə yolu kimi Bakı və Qarabağ erməniləri arasında həqiqi dialoqa imkan vermək üçün dərhal atəşkəsin elan edilməsinə” çağırıb və “mina partlayışları nəticəsində azərbaycanlıların faciəli şəkildə həlak olması xəbərləri ilə bağlı” təəssüf hissini ifadə edib.
Bu gün səhər saatlarında Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın nəzarəti altında olan qondarma Dağlıq Qarabağda “antiterror” əməliyyatlarına başladığını bildirib.
Bir gün əvvəl isə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Laçın dəhlizi və Ağdam yolu ilə Qarabağ ermənilərinə humanitar yardımın başlanmasını alqışlayıb.
“Bu müntəzəm qaydada həyata keçirilməlidir. Bakı və Qarabağ erməniləri arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı danışıqlara başlamaq çox vacibdir və Aİ bunu dəstəkləməyə hazırdır”, – Şarl Mişel X-də yazıb.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,