Fevralın 10-da Avropa İttifaqının Azərbaycandakı Nümayənəliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə əməkdaşlığı ilə həyata keçirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihələri çərçivəsində sertifikatların təqdimatı və təhvil-təslim mərasimi təşkil edilib.
Tədbir zamanı, 50 tibb müəssisəsi və tibb işçisi Aİ-ÜST layihələri çərçivəsində davamlı tibbi təhsil istiqamətində göstərdikləri dəstəyə və fəal iştiraka görə təltif ediliblər.
Bununla yanaşı, tibb müəssisələrində infeksiyaların qarşısının alınması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində TƏBİB-ə (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) 1 000 əl gigiyenası dispenseri, 2 000 litr əl dezinfeksiyaedici vasitə, 3 000 kiçik əl dezinfeksiyaedici (100 ml) və 3 000 kəmər klipi təhvil verilib.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,