
İyulun 15-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirib.
Görüşdən sonra Şarl Mişel açıqlamasında bunları deyib:“Biz Ermənistan və Azərbaycan arasında danışıqların ən dolğun və güclü mərhələlərindən birindən keçirik”.
Görüş zamanı liderlər digər ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha təsdiqləyiblər və sərhədlərin delimitasiyası üzrə komissiyaların işini sürətləndirmək barədə razılığa gəliblər.
Şarl Mişel bildirib ki, kommunikasiyalar baxımından tərəflər son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə “aydın irəliləyiş” əldə ediblər.
“Dəmir yolu xəttinin tikintisinə dərhal başlanmalıdır. Aİ maliyyə baxımından yardım etməyə hazırdır”, – Şarl Mişel bildirib. “Bəzi təfərrüatlar hələ də aydınlaşdırılmalıdır, lakin bu mövzuda mövqelər artıq yaxınlaşır və variantlar fəal şəkildə tədqiq olunur”.
Şarl Mişel həmçinin Laçın dəhlizinin açılmasının vacibliyini vurğulayıb, BQXK-nın tibbi təxliyyələrinin bərpasını alqışlayıb və hər iki tərəfi saxlanılan şəxsləri azad etməyə çağırıb.
Bu görüş mayın əvvəlindən Brüsseldə, Kişinyovda, Vaşinqtonda, Moskvada və ikitərəfli sərhəddə Ermənistan və Azərbaycan liderləri, baş nazirlərin müavinləri və xarici işlər nazirlərinin iştirakı ilə keçirilən intensiv və məhsuldar yüksək səviyyəli görüşlərin sonuncusu idi.
Şarl Mişel həmçinin Ermənistan və Azərbaycan liderlərini yaydan sonra Brüsseldə keçiriləcək növbəti görüşə, eləcə də Avropa Siyasi İcması Sammitinin növbəti iclası çərçivəsində Qranadada Fransa və Almaniya liderlərinin iştirakı ilə növbəti beştərəfli görüşə dəvət etmək niyyətində olduğunu bir daha vurğulayıb.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.

Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,
We use cookies and similar technologies to improve your experience on our website.