Bakıda keçirilən “Avropa Bilik Yarışması”nda Azərbaycanın müxtəlif şəhər və rayonlarından motivasiyalı gənclər iştirak edib 
Mart 5, 2024

Bakıda keçirilən “Avropa Bilik Yarışması”nda Azərbaycanın müxtəlif şəhər və rayonlarından motivasiyalı gənclər iştirak edib 


Martın 2-də Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi və “Gənc Avropa səfirləri” (YEAs) şəbəkəsinin birgə təşkilatçılığı ilə “Üçüncü Avropa Bilik Yarışması” keçirilib. 

Yarışın məqsədi Avropa İttifaqına dair biliklərin, onun dəyər və mədəniyyətlərinin canlı ünsiyyət mühitində interaktiv şəkildə təşviq olunmasını dəstəkləmək, analitik bacarıqları inkişaf etdirmək və komanda işini gücləndirməkdir. 

Azərbaycanın müxtəlif bölgələrindən olan 14-26 yaş arası 65 gənc istedadı bir araya gətirən yarışma Avropa Bacarıqlar İli çərçivəsində “Doğru bacarıqlar qazan” şüarı altında təşkil edilən silsilə tədbirlərin bir hissəsidir. Tədbirdə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko və eləcə də Slovakiya, Belçika, Rumıniya, Almaniya və Fransanın Azərbaycanda fəaliyyət göstərən səfir və diplomatları iştirak ediblər.

Müsabiqəyə Xaçmazdan Lənkərana qədər ümumilikdə 72 nəfər müraciət edib və 18 komanda yarışda iştirak hüququ qazanıb.

Yarışmada birinci yeri “Sinaps”, ikinci yeri “The rapture”, üçüncü yeri isə “Jong Ajax” komandaları tutub. Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko qaliblərə mükafatları təqdim edib. Bütün iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.

“Bu tədbirdə iştirak etmək əla imkan idi. Çox şey öyrəndik və paylaşdıq. Yarışma bilik, komanda işi və mükafatlandırma dolu bir günün xatirələri ilə yadda qalacaq. Növbəti tədbiri səbirsizliklə gözləyirik”, – “DK50” komandası bildirib.

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə üzv ölkələrdən və Böyük Britaniyadan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,