Mayın 17-də Bakıda “Avropa İttifaqı-Azərbaycan Biznes Forum 2022” keçiriləcək.
Tədbir Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, “COWI Belgium”, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, İtaliya-Azərbaycan Ticarət Palatası, “InvestBaku” və AZPROMO ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunur.
“Avropa İttifaqı-Azərbaycan Biznes Forumu” Avropa İttifaqı və Azərbaycan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə hər il keçirilən beynəlxalq səviyyəli tədbirdir. Forum şirkətlərə səmərəli əlaqələr qurmaq, öz fikirlərini bölüşmək imkanı yaradır, həmçinin dövlət və özəl sektorun dialoqunu təşkil etməklə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə, biznes mühiti və investisiya imkanları haqqında məlumatlılığın artırılmasına dəstək verir.
Tədbirdə iştirak etmək istəyən şəxslər onlayn qeydiyyatdan keçməlidirlər. Müraciətlər dəyərləndiriləcək və e-poçt vasitəsilə tədbirə dəvətlər göndəriləcək.
Qeydiyyat üçün son tarix mayın 6-dır.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,