Azərbaycanlı yazıçı Əkrəm Əylislinin “Adamlar və ağaclar” trilogiyası AYİB-in 2026-cı il Ədəbiyyat üzrə Mükafatının üç finalçısından biri seçilib. AYİB üç finalçının adını mayın 7-də açıqlayıb.
Orijinalı Azərbaycan dilində yazılmış “Adamlar və ağaclar” əsəri Ketrin E. Yanq tərəfindən rus dilindən ingilis dilinə tərcümə edilib. Kitab “Plamen Press” nəşriyyat evi tərəfindən ingilis dilində çap olunub.
Digər iki finalçı Yatsek Dukayın (Polşa) “Buz”və Şadi Lyuisin (Misir) “Qrinvic xətti ilə” əsərləridir.
Yazıçı, tənqidçi və mədəniyyət sahəsində jurnalist kimi çalışan Dok. Maya Caqqinin sədrlik etdiyi müstəqil münsiflər heyəti əsər barədə bunları deyib:
“Azərbaycan ədəbiyyatının klassikası sayılan “Adamlar və ağaclar” trilogiyasının ilk ingilisdilli tərcüməsi İkinci Dünya müharibəsinə çağırılan kişilərin gedişi fonunda sovet Azərbaycanının dağ kəndində cərəyan edən, insanı heyran qoyan bir yetkinləşmə hekayəsidir. Bir uşağın gözü ilə nəql edilən və bir-birinə bağlı povestlərdən ibarət bu əsər qadınların həyatındakı sərt reallıqları, eyni zamanda onların ruh yüksəkliyini və müqavimətini əks etdirir. Münsif həmkarlarımla birlikdə hekayənin məharətli və dolayısı ilə nəql olunmasını, habelə balaca oğlanın hələ tam dərk etmədiyi böyüklərə məxsus ehtirasları və cinayətləri sadəlövhlüklə aşkar etməsini yüksək qiymətləndirdik. Ketrin E. Yanqın rus dili vasitəsilə ərsəyə gətirdiyi canlı tərcümə gizli bir dünyanı açır; qoz və nar dadı ilə dolu olan həm sərt, həm də sehirli bir uşaqlıq dövrünü göz önündə canlandırır”.
Qalib müəllif və tərcüməçi iyulun 2-də AYİB-in Londondakı baş qərargahında keçiriləcək rəsmi mükafatlandırma mərasimində elan ediləcək. 20 000 avro dəyərində pul mükafatı qalib müəlliflə tərcüməçi arasında bərabər bölüşdürüləcək. Digər iki finalçı əsərin hər birinin müəllif və tərcüməçisinə isə 2000 avro məbləğində mükafat təqdim olunacaq.
2018-ci ildə təsis edilmiş AYİB-in Ədəbiyyat üzrə Mükafatı hər il Bankın investisiya qoyduğu ölkələrin dillərində yazılmış, son bir il ərzində ingilis dilinə tərcümə edilərək Avropa, Şimali Amerika və ya Bankın fəaliyyət coğrafiyasına daxil olan ölkələrin nəşriyyatlarında çap olunmuş bədii əsərlərə verilir.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,