Azərbaycanlı Gənc Avropa səfirləri tərəfindən Bakı, Gəncə və Lənkəranda evsiz heyvanlar üçün 100 sığınacaq qutu quraşdırılıb
Fevral 28, 2024

Azərbaycanlı Gənc Avropa səfirləri tərəfindən Bakı, Gəncə və Lənkəranda evsiz heyvanlar üçün 100 sığınacaq qutu quraşdırılıb


Bu günə qədər Azərbaycanlı Gənc Avropa səfirləri (YEAs) “Wolt Azerbaijan” şirkətinin dəstəyilə Bakı, Gəncə və Lənkəran şəhərlərinin küçələrində evsiz heyvanlar üçün 100 sığınacaq qutu quraşdırıb.

Bu təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və “Wolt Azerbaijan” şirkətinin çatdırılma çantalarından evsiz heyvanlar üçün sığınacaqlar yaradılır.

Layihənin əsas məqsədi evsiz heyvanlara sevgi, mehribanlıq və qayğı göstərmək və dayanıqlı təcrübələri təşviq etməkdir.

“Nəticə göz qabağındadır, hər bir yaradılmış sığınacağın qarşısında yerli sakinlər tərəfindən qoyulmuş yemək və su qabları, hər kəsin üzündə sahibsiz heyvanların rifahından xəbər verən təbəssüm tapmaq olar”, – deyə Gənc Avropa səfiri Nərgiz Əliyeva bildirib.

Sığınacaqların quraşdırılması evsiz heyvanlar üçün təhlükəsiz sığınacaq təmin etməklə yanaşı, həm də tüklü dostlarımıza qarşı şəfqət və empatiya mədəniyyətini inkişaf etdirir”, – Azərbaycandakı Good World Animals Rescue and Protection (GWARP) adlı qeyri-hökumət təşkilatının prezidenti Fərid Mansurov bildirib. “Evsiz heyvanların ehtiyaclarının ödənilməsində və daha humanist cəmiyyətin təşviqində bu təşəbbüslərin əhəmiyyəti çox böyükdür”.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,