Azərbaycanlı Gənc Avropa səfirləri: Bakıda beşinci “Avropa Bilik Yarışı” keçirilib
Fevral 13, 2026

Azərbaycanlı Gənc Avropa səfirləri: Bakıda beşinci “Avropa Bilik Yarışı” keçirilib


Fevralın 7-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Gənc Avropa səfirləri (YEAs) ilə əməkdaşlıq çərçivəsində Bakıda gənclər arasında 5-ci “Avropa Bilik Yarışı”nı təşkil edib. 

Yarışa qatılmaq üçün 130-dan çox komanda və 520 iştirakçı müraciət edib. Bu, müsabiqənin başlamasından bəri ən yüksək müraciət sayıdır. Bu il müsabiqədə 70 nəfərin təmsil olunduğu 18 komanda iştirak edib.

Yarışda qalib gələn Qəzəlxan, Axolotl və Euconomist adlı komandaların üzvləri mükafatlandırılıblar.

“Avropa İttifaqı Azərbaycandakı gəncləri hər zaman daha parlaq gələcək qurmaq yolunda göstərdikləri səyləri dəstəkləyir. Tədbirlərimiz və birgə fəaliyyətimiz vasitəsilə bir-birimizdən öyrənirik. Gənclər cəmiyyətlərimiz arasında körpülərin qurulmasında əsas rol oynayırlar. Bugünkü yarışma bunun bariz nümunəsidir”,  — Aİ-nin Azərbaycandakı səfiri xanım Mariyana Kuyundziç açılış nitqində bildirib.

Qaliblərə səfir Mariyana Kuyundziç tərəfindən Aİ-yə üzv dövlətlərin səfirliklərinin nümayəndələri ilə birlikdə xüsusi mükafatlar və sertifikatlar təqdim edilib.

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü dialoqu təşviq etmək və Aİ ilə əməkdaşlıq haqqında məlumatlılığı artırmaq üçün altı Şərq Tərəfdaşlığı ölkəsi, Avropa İttifaqı və Böyük Britaniyadan olan fəal gəncləri birləşdirən şəbəkədir.

Daha çox öyrənin

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Facebook postu



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,