Azərbaycan: peşə təhsil proqramının nəticələrinə əsasən məzunların 70%-i iş təklifi alıb
İyul 20, 2023

Azərbaycan: peşə təhsil proqramının nəticələrinə əsasən məzunların 70%-i iş təklifi alıb


İyulun 18-də BMT-nin İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə Azərbaycanda həyata keçirilən “Dual Peşə Təhsil Proqramının” nəticələrinə dair yekun konfrans keçirilib.

Dual təhsil proqramı zamanı tələbələr təhsillərini peşə təhsili və təlimi müəssisələrində davam etdirir və eyni müddətdə peşə sahələrinə uyğun olaraq özəl sektor şirkətlərində praktiki təcrübə əldə edirlər.

Tədbirdə 40-a yaxın özəl sektoru təmsil edən şirkət, dual proqramın məzun və mentorları, eləcə də peşə təhsil müəssisələrinin idarə heyətləri və əlaqədar təşkilatçı qurumların rəsmiləri iştirak edib.

BMTİP-nin məlumatına əsəsən, layihənin dəstəyi ilə Bakı, Gəncə, Cəlilabad, Lənkəran və Şəki şəhərlərindən 573 tələbə bu proqramda iştirak edib. Məzunların 70%-dən çoxu təcrübədə olduğu şirkətlərdən rəsmi iş təklifi alıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,