Azərbaycan: Aİ və BMTİP Bakıda layihələrin idarə edilməsi mövzusunda təlim keçirib
Sentyabr 6, 2023

Azərbaycan: Aİ və BMTİP Bakıda layihələrin idarə edilməsi mövzusunda təlim keçirib


Sentyabrın 4-də Bakıda 20-dən artıq vətəndaş cəmiyyəti təşkilatının iştirakı ilə “Layihələrin idarə edilməsinin əsasları” mövzusunda təlim proqramı keçirilib.  

Təlim Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan və vətəndaş cəmiyyəti təşkilatlarının potensialının arıtırılmasına yönəlmiş “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində təşkil edilib. 

Təlimdə Bakı, Bərdə, Biləsuvar, Gəncə, Mingəçevir və Şəki şəhərlərindən 22 vətəndaş cəmiyyəti təşkilatını təmsil edən 30-a yaxın nümayəndə iştirak edib.

Təlimdə iştirakçılar layihənin ümumi icra dövrü haqqında yeni məlumatlar əldə edib və layihələrin idarə edilməsi və layihə risklərinin azaldılması barədə biliklərini artırıblar.

Birgünlük təlimdən sonra sözügedən təşkilatların fərdi irəliləyişlərini müzakirə etmək üçün fərdi mentorluq görüşləri keçiriləcək. Mentorluq görüşləri sentyabrın sonuna qədər davam edəcək. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,