Azərbaycan: Aİ-nin maliyyələşdirdiyi təlim düşərgəsi sosial sahibkarları və vətəndaş cəmiyyəti təşkilatlarını dəstəkləyəcək 
İyun 20, 2023

Azərbaycan: Aİ-nin maliyyələşdirdiyi təlim düşərgəsi sosial sahibkarları və vətəndaş cəmiyyəti təşkilatlarını dəstəkləyəcək 


Sahibsiz it və pişiklərin peyvəndlənməsinə dəstək, uşaqlar və əlilliyi olan şəxslər üçün çoxsaylı xidmətlərin göstərilməsi və gender əsaslı zorakılıqdan sağ çıxanların imkanlarının gücləndirilməsi Azərbaycanda Aİ tərəfindən maliyyələşdirilən layihə vasitəsilə sosial sahibkarların və vətəndaş cəmiyyəti təşkilatlarının nail olmağa çalışdığı sosial məqsədlərdəndir.

Bu layihələr Azərbaycanın 15 şəhərindən sosial sahibkarlar və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin qatıldığı İdeyalaşdırma təlim düşərgəsində təqdim olunub. Onlar təlim düşərgəsində əldə etdikləri bilik və bacarıqlara əsaslanaraq, sosial biznes təkliflərini inkişaf etdirib və sosial sahibkarlıq proqramının növbəti mərhələsi – İnkubasiya və Akselerasiyanın iştirakçısı olmaq üçün müraciət ediblər.

Təşəbbüslər Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində maliyyə dəstəyi ilə təmin olunacaq. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,