On səkkiz qadın minatəmizləyici minatəmizləmə üzrə altı həftəlik kursda iştirak etdikdən sonra sertifikatlarla təmin olunublar. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.
Sertifikatların təqdim olunduğu mərasim Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramının (BMTİP) yüksək vəzifəli şəxslərinin iştirakı ilə keçirilib.
Mina Məsləhət Qrupunun (MAG) beynəlxalq ekspertləri tərəfindən keçilən nəzəri və praktiki təlimlər vasitəsilə qadın minatəmizləyici qruplar minaların və partlamamış hərbi sursatların təsbit edilərək aşkarlanması və işarələnməsi üçün əsas biliklərə, zəruri bacarıqlara, tələb olunan davranış və ilk yardımın göstərilməsi qaydalarına yiyələnib.
24 nəfərdən ibarət iki minalardan təmizləmə qrupu, o cümlədən minatəmizləyicilər, səhiyyə işçiləri akkreditasiyadan keçib. Eyni zamanda, layihə çərçivəsində 12 xüsusi minatəmizləyici siçovul və 8 minatəmizləyici it təlim keçib.
Qadın minatəmizləyici qruplar üçün ilk təlimlər Aİ-nin maliyyələşdirdiyi və ANAMA-nın BMTİP, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Mina Məsləhət Qrupu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “Məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasının dəstəklənməsi” layihəsi çərçivəsində təşkil edilib.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,