Sentyabr ayının 4-də Avropa İttifaqının dəstəyilə Azərbaycanın Şəki şəhərində qida festivalı keçirilib.
Festivalda Şəki, Zaqatala, Qəbələ, Oğuz, Qax və Balakən rayonlarının ənənəvi yeməkləri və yerli kənd təsərrüfatı məhsulları təqdim edilib. Tədbirə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Avropa İttifaqına üzv ölkələrin səfirlikləri, Milli Məclisin üzvləri, beynəlxalq təşkilatlar və regionu təmsil edən maraqlı tərəflər daxil olmaqla, 200-dən çox şəxs qatılıb.
Festival Aİ tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində təşkil olunub.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,