Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə bərk məişət tullantılarının idarə olunması üzrə sistemlərin təkmilləşdirilməsi üçün 10 milyon avro sərmayə ayırır. Kredit şəklində ayrıalacaq məbləğ tullantıların toplanması üzrə ağıllı sistemlərin tətbiqi və marşrutların optimallaşdırılması üçün istifadə olunacaq. Yeni növ konteynerlər, mövcud bazanın genişləndirilməsi və ekoloji cəhətdən daha təmiz avtomobillərin tətbiqi ilə bu şəhərin kommunal xidmətlərinin atmosferə buraxdığı karbon qazının xeyli azaldılması planlaşdırılır.
AYİB və Gəncə şəhər rəhbərliyi arasında bağlanan müqavilə həm də yeni müasir regional tullantı poliqonunun tikintisi vasitəsilə bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsini başa çatdıracaq növbəti layihəyə zəmin yaradacaq. “Tullantıların toplanması xidmətlərinin əhatə dairəsini genişləndirmək və artırmaqla tullantıların nəzarətsiz yandırılmasını minimuma endirmək olar ki, bu da öz növbəsində əhalinin sağlamlığını və bütövlükdə ətraf mühiti qoruyacaq. Bu tədbirlər həmçinin kommunal xidmət işçilərinin iş şəraitinin yaxşılaşdırılmasına yönəlib”, – AYİB-in mətbuat üçün açıqlamasında deyilir.
Sadalanan tədbirlər Gəncə şəhərinin AYİB-in 5 milyard avro büdcəyə malik Yaşıl Şəhərlər Proqramında iştirakı çərçivəsində həyata keçiriləcək. Bu proqram üzv şəhərlərə ən aktual ekoloji problemlərin müəyyən edilməsində, prioritetləşdirilməsində və həllində kömək edir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,