
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçısı olan “H and M Agro” şirkətinə 2 milyon ABŞ dollarına ekvivalent olan yerli valyutada yüksək təminatlı kredit ayırıb. Şirkət bu maliyyə vəsaiti ilə hidroponik istixanalarının sayını artırmağı planlaşdırır.
Ayrılan maliyyə vəsaiti Salyan şəhərində səmərəli və ekoloji cəhətdən təmiz istixanaların quraşdırılmasına sərf olunacaq. Bu da adı çəkilən şirkətə torpaq, su və gübrələrdən səmərəli istifadə etməklə daha yüksək məhsuldarlığa nail olmağa və ətraf mühiti qorumağa kömək edəcək. “H and M Agro” şirkəti həmçinin kredit vasitəsilə rəqabət qabiliyyətini artırmağı və beynəlxalq miqyasda müştəri bazasını şaxələndirməyi nəzərdə tutur.
Avropa İttifaqı özünün “EU4Climate” təşəbbüsü ilə bu krediti AYİB-in İqlim Dəyişikliyi üzrə Maliyyə və Texnologiyaların Transferi Mərkəzi (FINTECC) vasitəsilə məqbul xərclərin 13 faizinə qədər qrant dəstəyi ilə tamamlayacaq.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.

Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,
We use cookies and similar technologies to improve your experience on our website.