AYİB Azərbaycanda anbar tikintisi üçün kredit ayırıb
Dekabr 16, 2022

AYİB Azərbaycanda anbar tikintisi üçün kredit ayırıb


Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gemza Group şirkətinə 5,6 milyon avroya qədər kredit ayrımaqla Azərbaycanda təchizat zəncirinin dayanıqlığını artırır.  

Şirkət bu vəsaitin köməyilə ümumi icarəyə verilə bilən sahəsi 24 000 kvadratmetr olan üç müasir və enerjiyə qənaət edən anbar tikməyi planlaşdırır.  

Gemza Group Azərbaycanda mühəndislik, təchizat və təmir xidmətləri göstərən yerli müəssisədir. Şirkət mexaniki avadanlıqlar üçün hissələr hazırlayır və hazırda gəlir mənbələrini artırmaq üçün anbar biznesinə başlamağı planlaşdırır.

Kredit Azərbaycanda müasir anbarların çatışmazlığını aradan qaldırmaq, ölkənin təchizat zəncirinin dayanıqlığını artırmaq və Orta Dəhliz boyunca anbarda saxlama qabiliyyətini artırmaq üçün nəzərdə tutulub. Müqaviləyə həmçinin 1 MVt-a qədər elektrik enerjisi istehsal etmək və elektrik enerjisi xərclərini əhəmiyyətli dərəcədə azaltmaq üçün anbarda günəş panellərinin quraşdırılması daxildir.  

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,