Avropanın rəngləri: Gənc Avropa səfirləri tərəfindən Bakıda qadın rəssamların əl işlərindən ibarət sərgi təqdim edilib
Dekabr 22, 2023

Avropanın rəngləri: Gənc Avropa səfirləri tərəfindən Bakıda qadın rəssamların əl işlərindən ibarət sərgi təqdim edilib


Dekabrın 19-da Gənc Avropa səfirləri (YEAs) “FantazEU 2023” Mədəni İrs Festivalı çərçivəsində təşkil olunan “Avropanın rəngləri” adlı sərgini ziyarətçilərin üzünə açıblar.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan İncəsənət Şurasının dəstəyi ilə təşkil olunan sərgidə qadın rəssamların Avropa dəyərlərinə həsr olunmuş əsərləri nümayiş olunub. 

Sərgidə təqdim olunan 120-dən artıq fotoşəkil və rəsm əsəri, heykəl və simli əl işləri arasından ümumilikdə 21 sənət əsəri seçilib. Əl işləri bərabərlik, insan hüquqları, azadlıq, müxtəliflik və inklüzivlik, multikulturalizm və mədəni irs kimi müxtəlif mövzulara həsr olunub.

İştirakçıların əsərləri Azərbaycanın müxtəlif bölgələrini əks etdirib. Belə ki, sərgiyə Ağsu, Bakı, Gəncə, Zaqatala və Şəkidən rəssamlar qatılıb. Əsərləri əvvəllər sərgilənməyən rəssamlara isə üstünlük verilib.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri Petr Mixalko qadınların hüquq və imkanlarının artırılması, bacarıqlarının inkişafı və daha inklüziv mədəni mühitin yaradılmasının vacibliyini qeyd edib.

“Avropanın rəngləri” adlı sərgi dekabrın 24-dək İçərişəhərdə yerləşən “Mədinə” qalereyasında saat 12:00-dan 18:00-dək ziyarətçilərin üzünə açıqdır.

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü dialoqu təşviq etmək və Aİ ilə əməkdaşlıq haqqında məlumatlılığı artırmaq üçün altı Şərq Tərəfdaşlığı ölkəsi, Avropa İttifaqı və Böyük Britaniyadan olan fəal gəncləri birləşdirən şəbəkədir.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,