Avropa Yenidənqurma və İnkişaf Bankına Qafqaz regionu üzrə yeni direktor təyin edilib
Sentyabr 5, 2023

Avropa Yenidənqurma və İnkişaf Bankına Qafqaz regionu üzrə yeni direktor təyin edilib


Bu gündən etibarən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional rəhbəri vəzifəsini Alkis Vryenios Drakinos icra edəcək. 

O, sözügedən bankın Azərbaycan, Ermənistan və Gürcüstan üzrə əməliyyatlarına rəhbərlik edəcək və Tbilisidəki ofisdə çalışacaq.

Alkis Vryenios Drakinos hökumət orqanları və bazarın digər iştirakçıları ilə sıx əməkdaşlıq edərək iqtisadiyyatın  inkişafına, özəl sektorun dəstəklənməsinə və investisiyalar, islahatlar üzrə siyasət dialoqu və kiçik biznesin maliyyələşdirilməsi və məsləhət xidmətlərinin təmin edilməsi vasitəsilə əsas infrastrukturun inkişafına öz töhfəsini verəcək. 

“Regiondakı keçmiş fəaliyyətimə və AYİB ilə əldə etdiyim nailiyyətlərə əsaslanaraq Qafqaza qayıtmaqdan və bu vəzifəni icra etməkdən böyük məmnunluq hissi keçirirəm”, – deyə Drakinos bildirib. “Qafqaz regionunun dəstəklənməsi bank üçün prioritet məsələdir. Regionun daha da inkişafı və qlobal iqtisadiyyata inteqrasiyası baxımından yüksək potensialı var və mən bu iqtisadiyyatların nailiyyətlərinə gözəçarpan töhfə vermək üçün AYİB-in yerli komandaları ilə işləməyi səbrsizliklə gözləyirəm”. 

Yunan əsilli Alkis Vryenios Drakinos 1993-cü ildən etibarən AYİB-də işləməyə başlayıb və 1998-ci ildə bankın Ermənistan ofisinin rəhbəri təyin edilib. O, 2017-ci ildə AYİB-in Özbəkistan ofisinin rəhbəri vəzifəsini icra edib. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,