Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının pozulması hallarını pisləyən qətnamə qəbul edib
Oktyabr 25, 2024

Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının pozulması hallarını pisləyən qətnamə qəbul edib


Oktyabrın 24-də qəbul edilmiş qətnamədə Avropa Parlamentinin üzvləri (Avropa Parlamentinin deputatları) Azərbaycanda rejimin fəallara, jurnalistlərə, müxalifət liderlərinə, o cümlədən Aİ vətəndaşlarına qarşı uzun müddətdir davam edən daxili və xarici  repressiyalarını kəskin şəkildə pisləyiblər. 

Parlamentin üzvləri hesab edir ki, noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində repressiyalar nəzərə çarpacaq dərəcədə artıb. Onlar adı çəkilən konfransa ev sahibliyi edəcək bir ölkədə insan hüquqlarının pozulması hallarının davam edilməsinin yolverilməz olduğunu bildiriblər. Avropa Komissiyasının sədri Ursula von der Leyen kimi Aİ liderlərinə səslənən deputatlar konfransın Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin həlli üçün fürsət olduğunu vurğulayıblar.

Parlament həmçinin Azərbaycan hökumətini ölkədə və onun hüdudlarından kənarda həyata keçirdiyi bütün repressiyalara son qoymağa, qanunsuz həbs olunan şəxsləri azad etməyə və bütün siyasi motivli ittihamları aradan qaldırmağa çağırıb.

Azərbaycanda insan hüquqlarının davamlı pozulması faktlarına və Azərbaycandan Aİ-yə qaz idxalının Rusiya qazı hesabına artırılacağı ilə bağlı narahatlığı əsas gətirən deputatlar Aİ-ni Azərbaycan qazından asılılığına son qoymağa çağırıblar. Onlar həmçinin Avropa Komissiyasından 2022-ci ildə imzalanan Aİ və Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığa dair anlaşma memorandumu dayandırmağa səsləyiblər.

Parlament üzvləri Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıblar. Onlar həmçinin bütün Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən çıxarılmasını və Azərbaycanın ötən il Dağlıq Qarabağa daxil olmasından sonra saxlanılan 23 erməni hərbi əsirinin azad edilməsini tələb ediblər. İttifaqa üzv dövlətlər tərəfindən Azərbaycana hərbi və təhlükəsizliklə bağlı texnikanın ixracının dayandırılmasının vacibliyinə toxunan deputatlar Azərbaycanın Ermənistana qarşı hər hansı növbəti hərbi əməliyyatlarının ciddi fəsadlara yol açacağı barədə xəbərdarlıq ediblər.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,