Avropa Komissiyası və AİB tərəfdaş ölkələrdə iqlim dəyişikliyi və dayanıqlı iqtisadiyyat sahələrinə ayrılan investisiyaların artırılması üçün 18 milyard avro ayrıldığını açıqlayıb
May 2, 2023

Avropa Komissiyası və AİB tərəfdaş ölkələrdə iqlim dəyişikliyi və dayanıqlı iqtisadiyyat sahələrinə ayrılan investisiyaların artırılması üçün 18 milyard avro ayrıldığını açıqlayıb


Avropa Komissiyası və Avropa İnvestisiya Bankı (AİB) Avropanın tərəfdaş ölkələr üzrə investisiya strategiyası olan “Global Gateway” çərçivəsində 18 milyard avro ayrıldığını elan edib. Bununla da adı çəkilən strategiyada qeyd olunan iqlim dəyişikliyi sahəsində fəaliyyət, təmiz enerji və bağlantı kimi prioritet sahələrə investisiyaların artırılacağı gözlənilir. Bu işlər Avropanın bütün dünyadakı tərəfdaş ölkələrini əhatə edəcək. Xüsusilə də, bu layihələr qlobal iqlim dəyişikliyi, uyğunlaşma və iqlim dəyişikliyinin təsirinin azaldılması sahəsində maliyyə ilə bağlı boşluqları aradan qaldırmağa kömək edəcək.

Nyu Yorkda keçirilən Global Citizen NOW Sammitində çıxış edən Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib: “Global Gateway təbii fəlakətlərin qarşısının alınmasından başlayaraq təmiz nəqliyyat və enerji infrastrukturuna qədər tərəfdaşlarımızın ehtiyac duyduğu layihələrə sərmayə yatırır. Və bu 18 milyard avro həcmində maliyyə vəsaiti daha çox belə layihələrin sürətlə həyata keçirilməsinə imkan verəcək. Global Gateway bütün dünyada iqlim dəyişikliyi sahəsində görülən işləri sürətləndirməyə, insanların həyatını yaxşılaşdırmağa və tərəfdaşlarımızı daha dayanıqlı etməyə kömək edəcək”. 

Global Gateway çərçivəsində özəl sektora aid investisiyalarla bağlı riskləri azaltmaq üçün qrantlar, güzəştli kreditlər və zəmanətlərin birləşməsi vasitəsilə 2021-2027-ci illər arasında 300 milyard avro investisiya cəlb etmək planlaşdırılıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Global Gateway



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,