Avropa İttifaqının Narkotik Vasitələr üzrə Agentliyi narkotiklərlə bağlı yeni vətəndaş cəmiyyəti platformasını istifadəyə verib
Aprel 15, 2026

Avropa İttifaqının Narkotik Vasitələr üzrə Agentliyi narkotiklərlə bağlı yeni vətəndaş cəmiyyəti platformasını istifadəyə verib


Avropa İttifaqının Narkotik Vasitələr üzrə Agentliyi (EUDA) Avropa daxilində vətəndaş cəmiyyəti təşkilatları (VCT-lər) ilə əməkdaşlığı gücləndirmək üçün nəzərdə tutulmuş narkotiklərlə bağlı yeni vətəndaş cəmiyyəti platformasını istifadəyə verib.

Yeni platforma EUDA və VCT-lər arasında məlumat mübadiləsi, biliklərin paylaşılması və məsləhətləşmələr üçün strukturlaşdırılmış çərçivə təmin edir. Bu, təşkilatlara öz təcrübələrini bölüşməyə, agentliklə dialoq qurmağa və narkotik sahəsindəki əsas yeniliklərdən xəbərdar olmağa imkan verəcək.

Avropa İttifaqının Narkotik Vasitələr üzrə Agentliyi Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə əməkdaşlıq edir.

Platforma meyarlara cavab verən müxtəlif təşkilatlar, o cümlədən qeyri-hökumət, könüllü, qeyri-kommersiya və icma təşkilatları, habelə narkotik asılılığı ilə üzləşmiş şəxslər və zərərçəkmiş icmaların nümayəndələri üçün açıqdır.

“Vətəndaş cəmiyyəti narkotiklərlə bağlı problemlərin real həyatda insanlara və icmalara necə təsir etdiyini anlamaqda mühüm rol oynayır”, − EUDA-nın mətbuat üçün açıqlamasında belə deyilir. “VCT-lər öz təcrübələri və zərərçəkmiş əhali qrupları ilə birbaşa əlaqələri vasitəsilə mühüm rəylər təqdim edirlər. Bu isə həyata keçirilən siyasətin və görülən tədbirlərin effektiv, inklüziv olmasını və yaranan yeni ehtiyaclara cavab verməsini təmin edir”.

Agentlik həmçinin EUDA-nın vətəndaş cəmiyyəti ilə əməkdaşlığına həsr olunmuş yeni veb-səhifəsini də istifadəyə verib. Orada agentliyin vətəndaş cəmiyyəti təşkilatları ilə necə əməkdaşlıq etdiyi, platformaya qoşulma meyarlarıqeydiyyat qaydaları izah olunur.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,