Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfər edəcək
Mart 10, 2026

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfər edəcək


Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Aİ rəsmisinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və hökumətin digər yüksək vəzifəli nümayəndələri ilə bir sıra yüksək səviyyəli görüşləri nəzərdə tutulub.

Səfər öncəsi verdiyi bəyanatda Antonio Koşta Azərbaycanın Avropa İttifaqının strateji tərəfdaşı olduğunu vurğulayıb. “Azərbaycan Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edən tərəfdaşdır. Enerji sahəsində əməkdaşlığımız təchizat mənbələrimizin şaxələndirilməsi və enerji təhlükəsizliyimizin gücləndirilməsi istiqamətindəki səylərimiz üçün həlledici əhəmiyyətə malikdir”, – o, bildirib.

Aİ Şurasının Prezidenti həmçinin qeyd edib ki, keçiriləcək görüşlər Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyəti müzakirə etmək üçün mühüm imkan yaradacaq. O, Avropa İttifaqının Azərbaycan hökuməti və xalqı ilə tam həmrəy olduğunu bildirib.

Avropa İttifaqının Azərbaycanla münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Aİ Azərbaycanda mühüm investor olmaqla yanaşı, ölkənin ən böyük ticarət tərəfdaşıdır.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,