Avropa İttifaqı Şurası və Avropa Parlamenti viza prosedurlarının rəqəmsallaşdırılması qaydaları ilə bağlı razılığa gəlib
İyun 16, 2023

Avropa İttifaqı Şurası və Avropa Parlamenti viza prosedurlarının rəqəmsallaşdırılması qaydaları ilə bağlı razılığa gəlib


İyunun 13-də Avropa İttifaqı Şurası və Avropa Parlamenti viza prosedurlarının rəqəmsallaşdırılması qaydaları ilə bağlı ilkin razılığa gəlib. 

Yeni qaydalarda viza üçün onlayn müraciət etmək və cari viza stikerinin rəqəmsal viza ilə əvəz edilməsi nəzərdə tutulub. Vizalar rəqəmsal formatda, 2D barkod şəklində və kriptoqrafik imza ilə veriləcək.

“Rəqəmsal vizalar səyahət edən şəxslər üçün müraciət prosesini asanlaşdıracaq, inzibati proseduru sadələşdirəcək və viza stikerinin saxtalaşdırılması və oğurlanması riskini azaltmaqla Şengen zonasının təhlükəsizliyini artıracaq”, – İsveçin Miqrasiya naziri Maria Malmer Stenergard bildirib. 

Avropa İttifaqı Şurası və Avropa Parlamentində qəbul prosesi başlamazdan əvvəl bu razılaşma ittifaqa üzv dövlətlər tərəfindən təsdiqlənməlidir.

Qaydalar qəbul edildikdən sonra, onlara əsasən, Aİ-də viza üçün müraciət platforması yaradılacaq. Bir neçə istisna olmaqla, Şengen vizası üçün ərizələr bu platforma vasitəsilə təqdim olunacaq və buradan müvafiq milli viza sistemlərinə yönləndiriləcək.  

Bu platformada viza üçün ərizə təqdim edən şəxslər bütün müvafiq məlumatları daxil edə, səyahət və lazımi sənədlərin elektron surətlərini yükləyə və viza rüsumlarını ödəyə biləcəklər. Viza ilə bağlı qərar barədə məlumat da bu platforma vasitəsilə veriləcək.

Konsulluqda şəxsi iştirak yalnız ilk dəfə müraciət edənlər, biometrik məlumatları etibarlı olmayan şəxslər və səyahət sənədi yeni olan şəxslər üçün zəruri olacaq.

Daha çox öyrən 

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,