Avropa İttifaqı səfirləri Rusiya və Belarusa qarşı altıncı sanksiya paketini məqbul hesab ediblər 
İyun 3, 2022

Avropa İttifaqı səfirləri Rusiya və Belarusa qarşı altıncı sanksiya paketini məqbul hesab ediblər 


İyunun 2-də Avropa İttifaqında Daimi Nümayəndələr Komitəsi (COREPER II) mayın 30-da Avropa İttifaqı Şurasının növbədənkənar iclasında irəli sürülən altıncı sanksiyalar paketini qəbul edib.  

Sanksiyalar paketinə aşağıdakılar daxildir:

  • Təhlükəsizlik və hərbi orqanların üzvlərinə, xüsusilə Buça qətliamı ilə əlaqəsi olan şəxslərə, sənaye və texnologiya sektorunda fəaliyyət göstərən və Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqəsi olan müəssisələr, oliqarxlar, Rusiyanın təbliğat kampaniyasında iştirak edənlər və onların ailə üzvlərinə qarşı sanksiyalar.
  • Rusiyadan dəniz vasitəsilə neft idxalına qadağa. Almaniya və Polşa hökumətlərinin qərarları ilə birlikdə bu qadağa ilə ilin sonuna qədər Rusiyadan neft idxalının 92% azaldılması planlaşdırılır.  
  • Mümkün qədər tez müddətə Rusiyadan boru vasitəsilə ixdal olunan neftə də qadağa qoyulması gözlənilir.
  • Sberbank və Belarus bankları daxil olmaqla, Rusiya banklarının Swift sistemindən kənarlaşdırılması.  
  • Kimyəvi və yüksək texnologiyalara aid məhsullar daxil olmaqla, Rusiyaya qarşı ixrac qadağalarının daha da genişləndirilməsi.
  • Rusiyanın neft sektoruna xidmətlərin göstərilməsinə qadağa. 
  • Təbliğatın yayılması ilə məşğul olan üç Rusiya KİV-inə qarşı qadağaların tətbiqi. 
  • Rusiya operatorlarına məsləhət xidmətinin göstərilməsinə qadağa. 

Bu sanksiyalar paketinin sabah Aİ-nin Rəsmi Jurnalında dərc olunması üçün Şura tərəfindən yazılı formada qəbul edilməsi gözlənilir. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,