Avropa İrs Mərkəzi Şərq Tərəfdaşlığı ölkələri daxil olmaqla Aİ-nin qonşu ölkələrində 14 irs layihəsinə qrantlar elan edir
İyun 27, 2024

Avropa İrs Mərkəzi Şərq Tərəfdaşlığı ölkələri daxil olmaqla Aİ-nin qonşu ölkələrində 14 irs layihəsinə qrantlar elan edir


Aİ-nin birgə maliyyələşdirdiyi və bütün Avropada irslə bağlı maraqlı tərəfləri bir araya gətirən Avropa İrs Mərkəzi pilot layihəsinin Kiçik qrantlar proqramı üçün Aİ-nin 11 qonşu ölkəsində 14 irs layihəsi seçilib. Bu məqsədlə vətəndaş cəmiyyəti təşkilatlarının seçilmiş təşəbbüslərinə ümumilikdə 250 000 avroyadək maliyyə vəsaiti ayrılıb.  

Bu ilin yanvarında icrasına başlanan Kiçik qrantlar proqramı Aİ-nin qonşuluq ölkələrində (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxil olmaqla) vətəndaş cəmiyyətinin rəhbərlik etdiyi irs layihələrini dəstəkləyir. Proqram Avropanın yaşıl, rəqəmsal və sosial transformasiyası prosesində onların bacarıqlarını təkmilləşdirmək, həmçinin sülh, sabitlik, barışıq və mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək məqsədi daşıyır. 2024-cü ilin yanvar-mart ayları arasında proqrama 600  müraciət daxil olub.  

Seçilmiş layihələr Aİ-nin genişlənmə prosesində ümumi Avropa irsinin əsas rolunu vurğulayır. Bu təşəbbüslər irsin təbliğindən tutmuş maarifləndirici fəaliyyətlərə, abidələrin və yerlərin inventarlaşdırılmasına, xəritələşdirilməsinə və ya rəqəmsallaşdırılmasına, müharibə nəticəsində dağılmış şəhərlərin canlandırılmasına qədər müxtəlif sahələri əhatə edir.

Seçilmiş layihələrə aşağıdakılar daxildir: 

  • “Qafqazda Ənənəvi Tikinti Mədəniyyətinin Dirçəlişi (CTBR)”, Gürcüstan İncəsənət və Mədəniyyət Mərkəzi, Gürcüstan, Ermənistan, Azərbaycan: 

Pilot layihə Cənubi Qafqazda gil və ya ağac kimi ekoloji cəhətdən təmiz materiallardan istifadəyə diqqət yetirərək ənənəvi memarlığı təbliğ etmək məqsədi daşıyır. Layihə regional əməkdaşlığı və mədəni anlaşmanı təşviq etməklə yanaşı, ənənəvi evlərdə normal yaşayışa kömək etməyi nəzərdə tutur. Bundan əlavə, layihənin konsepsiyasına regionlararası əməkdaşlığı nümayiş etdirən Avropanın dayanıqlı metodologiyalarından istifadə daxildir.

Proqram konsorsiumun digər üzvləri ilə razılaşdırılaraq Avropa İrs Mərkəzinin layihə meneceri kimi  Europa Nostra tərəfindən idarə olunur və ALIPH Fondu ilə birgə maliyyələşdirilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,