AİB Bank Respublika üçün ayırdığı yeni maliyyə vəsaiti ilə Azərbaycanın KOB-larına dəstəyini artırır
EIB
Mart 25, 2026

AİB Bank Respublika üçün ayırdığı yeni maliyyə vəsaiti ilə Azərbaycanın KOB-larına dəstəyini artırır


Avropa İnvestisiya Bankının (AİB) beynəlxalq tərəfdaşlıq və inkişaf bölməsi olan “AİB Qlobal” Bank Respublika-ya ayrılmış 10 milyon avroluq mövcud kredit xəttinə 2 milyon avro məbləğində əlavə vəsaitin ayrılması barədə müqavilə imzalayıb. Bu addım Avropa İttifaqının Azərbaycandakı mikro, kiçik və orta sahibkarlıq (KOB-lar) subyektlərinin maliyyəyə çıxış imkanlarının genişləndirilməsinə dair öhdəliyinə sadiqliyini növbəti dəfə təsdiqləyir. 

Martın 19-da elan edilmiş yeni maliyyələşmə Bank Respublika-ya yerli müəssisələrə kreditlərin verilməsini daha da artırmağa, xüsusilə Azərbaycan manatı ilə təqdim olunan kreditlərin həcmini genişləndirməyə imkan verəcək. Bu isə yerli şirkətlərin daha sabit və əlverişli maliyyə vəsaitləri əldə etməsinə kömək edəcək.

Bankın Şərq Tərəfdaşlığı regionu üzrə əməliyyatlarına rəhbərlik edən AİB-in vitse-prezidenti Karl Nehammer bildirib: “Mikro, kiçik və orta müəssisələr Azərbaycan iqtisadiyyatının ana xəttini təşkil edir. Bank Respublika ilə uğurlu tərəfdaşlıq vasitəsilə “AİB Qlobal” yerli bizneslərin böyüməsi, yeni iş yerlərinin açılması və innovasiyaların tətbiqi üçün zəruri olan maliyyə resurslarına çıxışı təmin edir”.

Bu əlavə maliyyələşmə strateji bir məqama – Bank Respublika-nın Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilən innovativ yerli valyuta hecinq mexanizminin sınaqlarına hazırlaşdığı dövrə təsadüf edir. Sözügedən mexanizm banka xarici valyuta risklərini daha effektiv idarə etməyə imkan verəcək ki, bu da ölkədə KOB-ların kreditlərlə təmin edilməsi üçün daha sabit mühit yaradacaq. 

“Daha dərin və dayanıqlı maliyyə bazarlarının inkişafı Azərbaycanın iqtisadi transformasiyasını dəstəkləmək üçün əsas amildir. Mərkəzi Bankın yeni yerli valyuta hecinq mexanizmi banklara məzənnə risklərini daha yaxşı idarə etməyə və yerli valyutada kreditləşməni genişləndirməyə kömək edə biləcək mühüm innovasiyadır”, − Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana Kuyundziç bildirib.

AİB Qlobal beynəlxalq qarşılıqlı faydalı tərəfdaşlıqların və inkişaf proseslərinin maliyyələşdirilməsinin təsirini artırmaq məqsədilə yaradılmış AİB Qrupunun xüsusi bölməsidir, həmçinin Team EuropeGlobal Gateway strategiyasının əsas tərəfdaşıdır. “AİB Qlobal” dünyanın müxtəlif yerlərindəki nümayəndəlikləri vasitəsilə AİB Qrupunu insanlara, şirkətlərə və qurumlara daha da yaxınlaşdırır.  

Daha çox öyrənin

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,