Avropa İttifaqı COVID-19 virusuna qarşı peyvəndlərin saxlanmasında istifadə olunan soyuducalar üçün 2 100 ədəd “Fridge-tag 2” monitorinq cihazlarını Azərbaycanın səhiyyə orqanlarına təhvil verib.
“Fridge-tag 2” COVID-19 virusuna qarşı olan peyvəndlərin və digər əczaçılıq məhsullarının saxlandığı soyuducu və dondurucularda temperatur rejiminə davamlı nəzarət edən ağıllı cihazdır. Bu cihaz saxlama temperaturunu ölçür və müəyyən edilmiş temperatur həddi keçildikdə dərhal xəbərdarlıq siqnalı verir.
Aİ-nin ÜST tərəfindən həyata keçirilən “COVID-19 virusuna qarşı peyvəndləmə işinə dəstək” layihəsi çərçivəsində Azərbaycanda fəaliyyət göstərən bütün peyvənd məntəqələri bu cihazlarla təmin olunacaq.
Cihazlarla yanaşı, onların Azərbaycan dilinə tərcümə edilmiş təlimat kitabçaları də təqdim olunub.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,