Aİ və partnyorları tərəfdaş ölkələrdə davamlı inkişaf üçün üç EFSD+ zəmanət müqaviləsi imzalayıblar
Oktyabr 4, 2024

Aİ və partnyorları tərəfdaş ölkələrdə davamlı inkişaf üçün üç EFSD+ zəmanət müqaviləsi imzalayıblar


Avropa İttifaqı 700 milyon avrodan artıq büdcəyə malik üç investisiya proqramının icrasına başlayıb. Aİ tərəfindən dəstəklənən bu proqramlar sayəsində 6,3 milyard avro dövlət və özəl sərmayələrin cəlb olunması gözlənilir. 

İqlim sahəsində dayanıqlıq və inklüziv iqtisadi rifah üçün möhkəm öhdəliyi əks etdirən bütün proqramlar tərəfdaş ölkələrdə davamlı investisiyaları təşviq edən “Global Gateway” proqramının maliyyə alətlərindən biri olan Dayanıqlı İnkişaf üçün Avropa Fondu Plus (EFSD+) tərəfindən dəstəklənir. 

Bu yeni proqramlar çərçivəsində Aİ, EDFI Menecment Şirkəti (EDFI MC) və Avropanın İnkişaf üçün Maliyyə İnstitutları məşğulluğun və maliyyə inklüzivliyinin artırılmasına yönəlmiş əsas təşəbbüsün miqyasını genişləndirməyi nəzərdə tuturlar. Belə ki, 255 milyon avroluq EFSD+ zəmanəti ilə dəstəklənən EDFI Mikro, Orta və Kiçik Sahibkarlıq Müəssisələri Platforması Plus Proqramı Aİ-nin Şərq Qonşuluğu regionları və Afrikada Saxaranın cənub hissəsində yerləşən ölkələrdə istehsal, təchizat zənciri və kənd təsərrüfatı sektorlarında yerli banklara kredit dəstəyini genişləndirmələri üçün İnkişaf üçün Maliyyə İnstitutlarını dəstəkləyərək mikro, kiçik və orta sahibkarlıq müəssisələri üçün iş yerlərinin yaradılmasına və iqtisadi inkişafa lazımi dəstək verəcək. Mikro, kiçik və orta sahibkarlıq müəssisələrinin üzləşdiyi maliyyə məhdudiyyətlərini aradan qaldırmaqla sözügedən proqram 2 milyard avrodan çox maliyyə vəsaitlərini səfərbər etmək və kiçik yerli banklara ilk dəfə olaraq İnkişaf üçün Maliyyə İnstitutlarının maliyyə dəstəyinə çıxışı təmin etmək məqsədi daşıyır. 

Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Oliver Varhelyi bildirib ki, bugünkü imzalanma Aİ-nin İqtisadi və İnvestisiya Planları çərçivəsində Qərbi Balkanlar və Şərq Qonşuluğu ölkələrində iqtisadi inteqrasiyanın dəstəklənməsinə dair dəyişməz öhdəliyinin daha bir gözəl nümunəsidir.

“EFSD+ Zəmanət Proqramı vasitəsilə biz iqlim dəyişikliyinin ciddi təsirlərini azaltmaq üçün meşə təsərrüfatı sektoruna 4 milyard avro və mikro, kiçik və orta sahibkarlıq müəssisələrində, xüsusilə də istehsalatda, təchizat zənciri və kənd təsərrüfatı sektorlarında iş yerlərinin yaradılması üçün əlavə 2 milyard avro səfərbər edəcəyik”, – Varhelyi bildirib. “Biz iqtisadi inteqrasiyaya uzunmüddətli öhdəliyi təmin edərək, bizim üçün mövcud olan bütün alətlər və vasitələrdən istifadə etməklə tərəfdaş ölkələrimizdə inkişafı və iş yerlərinin yaradılmasını təşviq etməyə davam edəcəyik”.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,