Aİ və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqları bərpa edir
Aprel 30, 2025

Aİ və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqları bərpa edir


Avropa İttifaqı (Aİ) və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək haqqında razılığa gəlib. Bunu Aİ-nin Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycana səfəri zamanı Kaya Kallas Azərbaycan prezidenti İlham Əliyev və Xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirib.

“Bu, qarşılıqlı hörmətə, o cümlədən üzv dövlətlərimizə və fundamental prinsiplərə, qanunun aliliyinə və insan hüquqlarına hörmətə əsaslanaraq qurulacaq münasibətlərdir”, – Kaya Kallas gələcək əməkdaşlıq sazişi məsələsini şərh edərkən belə deyib.

O, Azərbaycanı Aİ-nin “regiondakı vacib partnyoru” adlandırıb: “Aİ və Azərbaycan birlikdə münasibətlərinin gücləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə etmişdir. Biz ticarətin artırılması və bağlantının daha da təkmilləşdirilməsi yollarını müzakirə etdik”.

Aİ-nin Ali nümayəndəsi Kaya Kallas enerji təchizatının şaxələndirilməsində, Ukraynaya humanitar dəstəyin göstərilməsində Aİ-yə köməyinə və keçən il COP29 iqlim sammitinin yüksək səviyyəli təşkilində Azərbaycan hökumətinə təşəkkürünü bildirib. “Bunun kimi çoxtərəfli səylər göstərir ki, ölkələr birgə işlədikdə qlobal arenada real dəyişiklik əldə edə bilərik”, – Kallas deyib.

Aİ və Azərbaycan həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı “faydalı fikir mübadiləsi” aparıb.

“Avropa İttifaqı dayanıqlı və davamlı sülhün əldə olunmasında hər iki tərəfin səylərini dəstəkləyir. Buna nail olmaq üçün Ermənistan və Azərbaycanın hazırda belə bir imkanı var”, – Kallas qeyd edib. 

O, həmçinin Sülh sazişinin mətni ilə bağlı əldə olunan razılaşmanı alqışlayıb və Aİ-nin növbəti addımları gözlədiyini bildirib.

Daha çox öyrən

Kaya Kallasın X platformasında paylaşması



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,