Yanvarın 29-da Avropa İttifaqı və Azərbaycan Aİ-nin Global Gateway təşəbbüsü və bu yaxınlarda icra olunmağa başlamış Regionlararası Bağlantılar Proqramı çərçivəsində tərəfdaşlığı gücləndirmək üçün razılığa gəliblər.
Bu tərəfdaşlıq nəqliyyat, rəqəmsal texnologiyalar, energetika və ticarət sahələrində dayanıqlı və möhkəm əlaqələr vasitəsilə yeni iqtisadi imkanlar yaratmağı və uzunmüddətli ümumi rifahı, əməkdaşlığı və sülhü təşviq etməyi hədəfləyir.
Sözügedən çərçivədə Avropa İttifaqı və Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birlikdə Naxçıvan dəmir yolu layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlamaq barədə razılığa gəliblər. Bu layihə Azərbaycan və daha geniş regionda hərəkətliliyi və iqtisadi axınları yaxşılaşdırmaq üçün mühüm investisiya layihəsi hesab olunur.
Sözügedən dəmir yolu Avropa ilə Mərkəzi Asiyanı 15 günlük tranzit müddəti çərçivəsində birləşdirməyi hədəfləyən daha geniş Trans-Xəzər Nəqliyyat Dəhlizinin tərkib hissəsidir.
“Avropa və Asiya arasında şaxələndirilmiş, etibarlı və sabit marşrutlar ortaq strateji maraqlara xidmət edir. Onların gətirdiyi fayda qarşılıqlı olmaqla yanaşı, həddindən artıq asılılıqla bağlı riskləri də azaldır”, — Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin mətbuat üçün açıqlamasında deyilir.
Tərəfdaşlıq həmçinin innovativ maliyyə alətlərinin və ikitərəfli və regional dəstək proqramlarının təşviqi, eləcə də Aİ və Azərbaycan arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün növbəti prioritet layihələr üçün imkanları artıracaq.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,