Aİ universal dəyərləri təşviq etmək üçün 1,5 milyard avroluq proqramın icrasına başlayıb
Dekabr 13, 2021

Aİ universal dəyərləri təşviq etmək üçün 1,5 milyard avroluq proqramın icrasına başlayıb


Dekabrın 9-da İnsan Hüquqları Günü və Demokratiya naminə Sammit ərəfəsində Avropa İttifaqı Qlobal Avropa İnsan Hüquqları və Demokratiya proqramının icrasına başlayıb. 

Dəyəri 1,5 milyard avro olan bu proqram 2021-2027-ci illər ərzində insan hüquqlarının və fundamental azadlıqların, demokratiyanın, qanunun aliliyinin və bütün dünyada vətəndaş cəmiyyəti təşkilatlarının və insan hüquqları müdafiəçilərinin işinin təşviqi və qorunmasında Aİ-nin dəstəyini gücləndirəcək. 

Proqram müstəqil jurnalistikanı və medianı dəstəkləməklə insan hüquqlarının universallığını həm təşviq edəcək, həm də müdafiə edəcək, eləcə də qanunun aliliyini və insan hüquqlarının pozulması və pozuntularına görə məsuliyyəti artıracaq. Proqram çərçivəsində həmçinin fundamental azadlıqların, habelə ifadə azadlığının tam və səmərəli həyata keçirilməsini müdafiə etmək və müstəqil jurnalistikanı və medianı dəstəkləməklə yanaşı, rəqəmsallaşdırma və yeni texnologiyalarla bağlı risklərə qarşı mübarizə nəzərdə tutulub.

“Qlobal Avropa İnsan Hüquqları və Demokratiya Proqramı hər kəs üçün, istənilən vaxt, istənilən yerdə universal insan hüquqları və demokratik prinsiplərə dəstəyimizi gücləndirməyə imkan verəcək”. Bunu Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell bildirib.

Qlobal Avropa İnsan Haqları və Demokratiya proqramı Aİ-dən kənar istənilən ölkədə və qlobal miqyasda fəaliyyətləri dəstəkləyə biləcək. Yerli, milli və regional səviyyələrdə digər Aİ proqramlarını tamamlayan proqram prosedurlar baxımından olduqca çevikdir və tərəfdaş hökumətlərin və digər dövlət orqanlarının razılığından asılı olmayaraq vətəndaş cəmiyyətinin fəaliyyətini dəstəkləyir. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,