Aİ Şərq Tərəfdaşlığı ölkələrində korrupsiyaya qarşı mübarizə və açıq hökumətin dəstəklənməsi üçün yeni proqramın icrasına başlayıb
May 14, 2021

Aİ Şərq Tərəfdaşlığı ölkələrində korrupsiyaya qarşı mübarizə və açıq hökumətin dəstəklənməsi üçün yeni proqramın icrasına başlayıb


Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrində açıq hökumət uğrunda islahatları və korrupsiyaya qarşı mübarizəni dəstəkləməyə yönəlmiş “Aİ-nin Dürüstlük Proqramı” (EU for Integrity Programme) adlı yeni proqramın icrasına başlayır. Üçillik proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Açıq Hökumət üzrə Tərəfdaşlıq (OGP) Təşkilatı tərəfindən həyata keçiriləcək.

Yeni proqramı təqdim etmək məqsədilə mayın 20-də Zoom proqramı vasitəsilə yüksək səviyyəli onlayn tədbir keçiriləcək. Aİ, İƏİT, OGP-dən olan aparıcı məruzəçilər, yerli dövlət orqanlarının və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə regionda açıq hökumət uğrunda islahatların gücləndirilməsi məsələlərinin müzakirə olunacağı tədbir üçün artıq qeydiyyata başlanılıb. 

Qanunun aliliyi, lazımi qaydada fəaliyyət göstərən dövlət qurumları və fəal vətəndaş cəmiyyəti Şərq Tərəfdaşlığı ölkələrində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) demokratik islahatların həyata keçirilməsində mühüm rol oynayır. Bu çətinliklərin öhdəsindən gəlmək və daha yaxşı nəticələr əldə etmək üçün Aİ-nin Dürüstlük Proqramı, irəliləyişləri izləmək üçün bir sıra fəaliyyət göstəriciləri təqdim edərək və korrupsiyaya qarşı uyğunluğu dəstəkləyərək dəlil əsaslı korrupsiya ilə mübarizə siyasətinin həyata keçirilməsində tərəfdaş ölkələrə dəstək verəcək. 

Proqram həmçinin son dərəcə vacib islahatları gücləndirmək üçün OGP-nin fəaliyyət planlarından istifadə edərək və həmin islahatları həyata keçirmək üçün tərəfdaş ölkələrlə birgə işləyərək hökumətlərə və vətəndaş cəmiyyətinə dəstəyi genişləndirəcək. Proqramın təqdimatına həsr olunan tədbir mayın 20-də saat 16:00-da (Mərkəzi Avropa vaxtı ilə) ingilis və rus dillərində keçiriləcək. İstənilən şəxs tədbir üçün qeydiyyatdan keçə bilər. 

Daha çox öyrən

Tədbir haqqında məlumat

Qeydiyyat linki 

 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,