Aİ Qara dəniz vasitəsilə sualtı kabel çəkilişi təşəbbüsünü alqışlayıb
Dekabr 22, 2022

Aİ Qara dəniz vasitəsilə sualtı kabel çəkilişi təşəbbüsünü alqışlayıb


Avropa Komissiyasının sədri Ursula von der Leyen dekabrın 17-də Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında anlaşma memorandumunun imzalanması mərasimində bildirib ki, Aİ “Qara Dəniz Enerji” sualtı kabel layihəsinə maliyyə dəstəyi göstərməyə hazırdır. Layihədə Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin çəkilməsi nəzərdə tutulub.  

Ursula von der Leyen qeyd edib ki, saziş Avropa İttifaqını Cənubi Qafqaz regionundakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və hər iki regionun təmiz enerjiyə keçidinə kömək edəcək. “Rusiya müharibəyə başladıqdan sonra biz Rusiyanın fosil yanacaqlarından üz çevirmək və burada masa arxasında oturan tərəfdaşlar kimi etibarlı enerji tərəfdaşlarının xeyrinə diversifikasiya etmək qərarına gəldik. Bu fəaliyyətimiz öz nəticəsini verir”, – Avropa Komissiyasının sədri bildirib. 

O, əlavə edib ki, təşəbbüs Avropada enerji təhlükəsizliyini gücləndirəcək və Gürcüstan, Moldova və Ukraynaya yeni imkanlar verəcək: “Bu layihənin Avropanın taleyinə oxşar taleyi olan Gürcüstana böyük faydası ola bilər. Bu, ölkəni elektrik enerjisi mərkəzinə çevirə və onu Aİ-nin daxili elektrik enerjisi bazarına inteqrasiya edə bilər. Nəhayət, Qara dəniz elektrik kabeli Moldova və Qərbi Balkanlardakı qonşularımızı və əlbəttə ki, Ukraynanı elektrik enerjisi ilə təmin etməyə kömək edə bilər – bu, Ukraynanın enerji sisteminin bərpasına və ölkənin yenidən qurulmasına kömək edəcək”.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,