Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Xocalı faciəsinin qurbanlarını yad edib
Fevral 28, 2024

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Xocalı faciəsinin qurbanlarını yad edib


Aİ-nin Azərbaycandakı Nümayəndəliyi 32 il bundan əvvəl 1992-ci il fevral ayının 26-da baş verən Xocalı faciəsinin qurbanlarını yad edib. 

Xocalı qətliamı Ermənistan silahlı qüvvələri, Sovet Ordusu və Müstəqil Dövlətlər Birliyinin Birləşmiş Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərində mülki azərbaycanlı vətəndaşların kütləvi şəkildə öldürülməsidir. Bu hadisə Qarabağ müharibəsi dövründə baş verən ən böyük qətliam hesab olunur.

Biz Xocalıda dəhşətli faciənin qurbanlarını yad edirik: qadınlar, kişilər, uşaqlar, qocalar və onların hamısının xatirəsini yad edirik. Xocalıda ailələrini, yaxınlarını, evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız barışıq və davamlı sülh naminə hər zaman birgə işləməliyik ki, belə faciələr bir daha təkrarlanmasın”, – Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko deyib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,