Aİ-nin Azərbaycandakı Nümayəndəliyi sizi “Ukrayna üçün istilik” adlı qlobal kampaniyaya qoşulmağa dəvət edir
Yanvar 23, 2026

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi sizi “Ukrayna üçün istilik” adlı qlobal kampaniyaya qoşulmağa dəvət edir


Aİ-nin Azərbaycandakı Nümayəndəliyi hər kəsi Ukraynanın Xarici İşlər naziri Andriy Sıbihanın təşəbbüsü ilə başladılan “Ukrayna üçün istilik” (WarmthForUkraine) adlı qlobal kampaniyaya qoşulmağa dəvət edir. Aksiyanın məqsədi Ukrayna üçün elektrik generatorlarının və istilik avadanlığının alınması məqsədilə vəsait toplamaqdır.

Azərbaycandakı kampaniya Bakıdakı Ukrayna Mərkəzi və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə fəaliyyət göstərən Koordinasiyaedici Könüllü Qərargah tərəfindən əlaqələndirilir.

Toplanan vəsaitlər birbaşa Ukraynada ehtiyaclı şəxslər üçün elektrik generatorları, istilik avadanlıqları və digər enerji mənbələrinin satın alınmasına xərclənəcək.

Yardımları Bakıdakı Ukrayna Mərkəzinə aşağıdakı ünvana təqdim etmək olar: Bakı şəhəri, Xaqani küçəsi 123.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,