Aİ-nin Ali nümayəndəsi Kaya Kallas Bakıya səfər edib
May 8, 2026

Aİ-nin Ali nümayəndəsi Kaya Kallas Bakıya səfər edib


Mayın 5-də Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edib. 

Kaya Kallas Bakıda siyasi səviyyədə bir sıra ikitərəfli görüşlər keçirib, o cümlədən Prezident İlham Əliyev və Xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb.

“Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnunuq”,  — Kaya Kallas bildirib. “Əməkdaşlığımızı, xüsusilə ticarət, nəqliyyat və rəqəmsal sahələrdə dərinləşdirmək üçün geniş imkanlar mövcuddur. Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında bağlantının gücləndirilməsi ortaq strateji maraqlarımıza xidmət edir və biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq”, o, əlavə edib.

Ali nümayəndə həmçinin qeyd edib ki, “insan hüquqları üzrə açıq və səmimi dialoq tərəflər arasındakı qarşılıqlı fəaliyyətin ayrılmaz tərkib hissəsi olaraq qalır”. 

Azərbaycan və Ermənistan arasındakı sülh prosesində əldə olunan irəliləyişə toxunan Kaya Kallas bunu “tarixi fürsət” adlandırıb və bu tempin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. 

“Aİ-nin bu prosesi dəstəkləmək üçün müxtəlif alətləri var. Bura etimad quruculuğu tədbirlərindən tutmuş, ən böyük donor olduğumuz minatəmizləmə fəaliyyətinə qədər geniş sahələr daxildir”, — o, qeyd edib.

Görüşlərdə tərəflər həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsi və Yaxın Şərqdəki son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,