Aİ-nin 2024-cü il üzrə Azərbaycandakı İşgüzar Mühit Haqqında Hesabatı Bakıda təqdim olunub
Noyabr 7, 2025

Aİ-nin 2024-cü il üzrə Azərbaycandakı İşgüzar Mühit Haqqında Hesabatı Bakıda təqdim olunub


Keçən həftə Bakıda keçirilən xüsusi işgüzar tədbirdə “Aİ-nin 2024-cü il üzrə Azərbaycandakı İşgüzar Mühit Haqqında Hesabatı” təqdim olunub. 

Hesabat 2016-cı ildən etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Aİ–Azərbaycan Biznes Forumu çərçivəsində hazırlanır və Azərbaycanda biznes sahəsində həyata keçirilən tədqiqatın nəticəsini əks etdirir. Hesabatda sözügedən ölkədə fəaliyyət göstərən Avropa şirkətləri və Avropa investorlarının nöqteyi-nəzərindən Azərbaycanın biznes mühitindəki ən son tendensiyalar yer alır. 

Hesabatın 2024-cü il üzrə buraxılışında Azərbaycanın iqtisadi inkişafı, hər bir sektor üzrə biznes mühitindəki cari vəziyyət, investisiya mühiti və inkişaf etməkdə olan investisiya imkanları kimi özəl sektor üçün əsas mövzular əks olunub.

Bakıda keçirilən təqdimatda Avropa İttifaqının Azərbaycandakı Səfiri Mariyana Kuyundziç, Avropalı iş adamları və ticarət palatalarının nümayəndələri iştirak edib.

Səfir Mariyana Kuyundziç çıxışında Avropa İttifaqı ilə Azərbaycan arasında uzunmüddətli tərəfdaşlığın əhəmiyyətini və Avropa şirkətlərinin ölkənin dayanıqlı iqtisadi inkişafına verdiyi töhfəni vurğulayıb.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

Nəşr



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,