Fevralın 3-də və 4-də Enerji üzrə Komissar Kadri Simson və Qonşuluq və Genişlənmə üzrə Komissar Oliver Varhelyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 8-ci iclasında iştirak etmək və Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının və onun Azərbaycan üzrə flaqman təşəbbüslərinin icrası ilə bağlı məsələləri müzakirə etmək üçün Bakıya səfər ediblər.
Səfər Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığı bir daha təsdiqləmək və Dəhlizin yeni enerji bazarlarını, o cümlədən Qərbi Balkanlara, xüsusən də kömür istehlakının mərhələli şəkildə azaldılmasına təkan verə biləcək bazarları daxil etməsi perspektivlərini müzakirə etmək üçün fürsət olub.
Komissarlar Azərbaycan nazirləri və digər yüksək vəzifəli rəsmilər ilə bir sıra ikitərəfli görüşlər keçirib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Cənab Varhelyi həmçinin Azərbaycan Energetika naziri Pərviz Şahbazovla birlikdə Trans-Adriatik Boru Kəmərinin İdarəedici direktoru Luka Şhieppati və bir sıra Qərbi Balkan ölkələrinin nazirləri ilə görüş keçirib.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,