Aİ Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmanı təəssüf hissi ilə qarşılayıb 
Aprel 13, 2023

Aİ Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmanı təəssüf hissi ilə qarşılayıb 


Aİ dünən Azərbaycan-Ermənistan sərhədində bir neçə erməni və azərbaycanlı hərbçinin həlak olması və ya yaralanması ilə nəticələnən silahlı toqquşma ilə bağlı xəbəri təəssüf hissi ilə qarşılayıb.

“Bu insident bir daha göstərir ki, sərhədlər delimitasiya edilmədiyi üçün, 1991-ci ilin sərhəd xəttinə riayət edilməli və belə insidentlərin təkrarlanmaması üçün hər iki tərəfin silahlı qüvvələri bu xəttdən təhlükəsiz məsafəyə çəkilməlidir”. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Massralinin açıqlamasında belə deyilir.

Aİ həmçinin 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada götürülmüş öhdəliklər daxil olmaqla daha əvvəl qəbul olunan öhdəliklərə riayət etməyə çağırır. Aİ həmçinin sərhədin delimitasiyası üzrə danışıqların intensivləşdirilməsinə çağırıb və bu prosesi dəstəkləməyə hazır olduğunu bildirib.

“Biz bir daha təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırırıq. Aİ bu səyləri, eləcə də Aİ missiyasının Ermənistanda iştirakı vasitəsilə dəstəkləməyə ən yüksək səviyyədə davam edir”, – Massrali bildirib.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,