Aİ EES və ETIAS sistemləri arasındakı əsas fərqlərə dair ətraflı məlumat dərc edib
EU
May 1, 2026

Aİ EES və ETIAS sistemləri arasındakı əsas fərqlərə dair ətraflı məlumat dərc edib


Avropa İttifaqı (Aİ) bu il sərhəd keçid məntəqələrində idarəetmə qaydalarında dəyişiklik edərək iki yeni sistemi — Giriş-çıxış sistemini (EES) və Avropa Səyahət Məlumatı və İcazə Sistemini (ETIAS) tətbiq edir. 

EES sistemi 2026-cı il aprelin 10-dan etibarən bütün Şengen ölkələrində tam fəaliyyətə başlayıb. ETIAS sisteminin isə 2026-cı ilin son rübündə istifadəyə verilməsi planlaşdırılır. ETIAS-ın tətbiqi ilə bağlı dəqiq tarix bu ilin sonuna qədər rəsmi şəkildə elan ediləcək.

Hər iki sistem Aİ-nin sərhəd keçid məntəqələrindəki yoxlamaları müasirləşdirir və rəqəmsallaşdırır, ittifaq xaricindən gələn şəxslərə isə müxtəlif formada tətbiq olunur. 

Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə Baş Direktoratı səyahət edən şəxslərin EES və ETIAS arasındakı fərqləri, eləcə də səfər öncəsi və səfər zamanı atılması tələb olunan addımları anlamalarına kömək etmək məqsədilə ətraflı məlumat və nümunələrdən ibarət xüsusi məqalə dərc edib.

EES sistemi Şengen zonasını təşkil edən 29 Avropa ölkəsinə qısamüddətli (hər 180 günlük dövr ərzində 90 günədək) səyahət edən Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üçün sərhəd prosedurlarını dəyişir. Belə ki, xarici sərhədlərdə Aİ-yə üzv olmayan ölkələrin vətəndaşlarının biometrik məlumatları qeydiyyatdan keçirilməlidir.

ETIAS sistemi isə vizasız rejimdən yararlanan vətəndaşların Şengen zonasına və Kiprə — ümumilikdə 30 Avropa ölkəsinə qısamüddətli səfər qaydalarını dəyişəcək. Səyahət edən şəxslər yola düşməzdən əvvəl ETIAS sisteminin rəsmi internet saytı və ya mobil tətbiqi vasitəsilə onlayn qaydada səyahət icazəsi üçün müraciət etməlidirlər. Bu, əlavə rüsumlar tələb edən və ya şəxsi məlumatlardan sui-istifadə edə biləcək fırıldaqçı üçüncü tərəf saytlarından qorunmağa kömək edir. 

Daha çox öyrənin

İzahedici material: EES və ETIAS arasındakı əsas fərqlər



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,