Yanvarın 18-də Avropa Parlamentində Aİ-nin Ali Nümayəndəsi Cozep Borrelin adından çıxış edən Nəqliyyat üzrə Komissar Adina Valean deyib ki, Ermənistan və Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizində vəziyyət qeyri-sabitdir və etimadın yaradılması səylərinə zidd olmaqla gərginlik yaradır.
Dekabrın 13-də açıqlanan bəyanatda Avropa İttifaqı Azərbaycan hökumətini 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, Dağlıq Qarabağda Laçın dəhlizi boyunca sərbəst hərəkəti və təhlükəsizliyi təmin etməyə çağırıb.
“Sərbəst hərəkətin məhdudlaşdırılması yerli əhali üçün ciddi narahatlıq yaradır. Avropa İttifaqı ərzaq, dərman və digər zəruri malların, tibbi xidmətlərin çatışmazlığı, həmçinin elektrik enerjisinin və telekommunikasiyanın müntəzəm kəsilməsinin yaratdığı mənfi humanitar nəticələrdən getdikcə daha çox narahatlığını bildirir”, – deyə Komissar parlamentdə bildirib.
O, əlavə edib ki, Avropa İttifaqının 2022-ci il üzrə humanitar sahəyə ayırdığı maliyyə vəsaitlərinin həcmi 3,6 milyon avro təşkil edir və bu vəsait tam olaraq Dağlıq Qarabağa daxil ola bilən yeganə tərəfdaş olan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ödənilib. Proqramın məqsədi iqtisadi təhlükəsizliyi təmin etmək və silahlarla çirklənmənin qarşısını almaqdır.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,