Avropa İttifaqı 9 sentyabr 2023-cü il tarixində Xankəndi/Stepanakertdə (Dağlıq Qarabağ) qondarma “prezident seçkilərinin” keçirildiyi konstitusional və qanunvericilik çərçivəsini tanımadığını açıqlayıb.
“Eyni zamanda Aİ inanır ki, Qarabağ ermənilərinin Bakı ilə nəticənin əldə olunmasına yönəlmiş müzakirələri aparmaq iqtidarında və istəyində olan de facto rəhbərliyin ətrafında birləşməsi çox vacibdir“, – Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Nabila Masralinin bəyanatında belə deyilir. “Aİ bu prosesə dəstək verməyə sadiqdir”.
Bununla yanaşı, Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbətində Qarabağ ermənilərinin üzləşdiyi humanitar vəziyyətlə bağlı narahatlığını ifadə edib.
“Laçın dəhlizi indi yenidən açılmalıdır. Ağdam kimi digər yollar alternativ deyil və sülh prosesi çərçivəsində açıla bilər” , – deyə telefon zəngindən sonra Borrel X-də (keçmiş Twitter) paylaşıb.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,