
Avropa İttifaqı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yerli əhalinin üzləşdiyi ağır humanitar vəziyyətdən dərin narahatdır. Bu, Aİ-nin Ali Nümayəndəsi Cozep Borrelin dünən açıqlanan bəyanatında qeyd olunub. Laçın dəhlizinin yenidən açılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin çıxardığı qərarlara baxmayaraq, Laçın dəhlizində yeddi aydan artıqdır nəqliyyatın hərəkəti əngəllənir.
“Dərman preparatları və zəruri məhsulların ehtiyatı azalıb və ya artıq tükənib ki, bu da yerli əhali üçün ağır nəticələrə səbəb olur. Azərbaycan hökuməti yaxın gələcəkdə Laçın dəhlizi boyunca təhlükəsizliyə və sərbəst hərəkətə zəmanət verməli və böhranın daha da genişlənməsinin qarşısını almalıdır”, – deyə bəyanatda bildirilir.
“Biz Azərbaycan hökumətinin Ağdam şəhəri vasitəsilə də yüklərin çatdırılmasına hazır olduğunu bilirik. Buna Laçın dəhlizinin açılmasına alternativ kimi baxmaq olmaz. Aİ həmçinin qeyd edir ki, BQXK-nın regiondakı fəaliyyəti ciddi şəkildə pozulub və ittifaq tibbi təxliyələr və humanitar yardımın çatdırılması daxil olmaqla, fəaliyyətin tam bərpasına çağırır. Aİ vurğulayır ki, humanitar yardım heç bir tərəf tərəfindən siyasiləşdirilməməlidir”.
Avropa İttifaqı və xüsusən də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin dəstəklənməsi, eləcə də Bakı ilə Stepanakert/Xankəndi arasında dialoqun təşviqində fəal iştirak edib. “Bu, həmçinin bütün tərəflərdən danışıqların nəticəsi və ümumi maraqlara və qarşılıqlı etimada əsaslanan gələcəklə bağlı səmimi öhdəlik tələb edir”, – deyə Borrel qeyd edib.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.

Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,
We use cookies and similar technologies to improve your experience on our website.