Aİ Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsinin mandatını uzadıb 
İyul 21, 2023

Aİ Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsinin mandatını uzadıb 


Bu gün Avropa İttifaqı Şurası Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin mandatını 31 avqust 2024-cü il tarixinədək bir il müddətinə uzatmağı qərara alıb.

Bu vəzifəni hazırda Estoniyalı diplomat Toyvo Klaar icra edir.

O, 13 noyabr 2017-ci il tarixində Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə Xüsusi Nümayəndəsi təyin olunub. Onun vəzifəsi regiondakı münaqişələrin, yəni Gürcüstandakı böhranın və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə vermək, həmçinin Azərbaycan, Ermənistan və Gürcüstan arasında, eləcə də qonşu ölkələrlə regional əməkdaşlığı təşviq etməkdir.

Aİ-nin Xüsusi Nümayəndələri Aİ-nin Ali Nümayəndəsi tərəfindən konkret region və ölkələrdə Aİ-nin siyasət və maraqlarını təşviq etmək və bu sahələrdə Aİ-nin fəal siyasi mövcudluğunu təmin etmək məqsədilə irəli sürülür.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,