Aİ bir daha Azərbaycanı Laçın dəhlizi boyunca sərbəst və təhlükəsiz hərəkəti təmin etməyə çağırır 
Fevral 27, 2023

Aİ bir daha Azərbaycanı Laçın dəhlizi boyunca sərbəst və təhlükəsiz hərəkəti təmin etməyə çağırır 


Avropa İttifaqı (Aİ) bir daha Azərbaycan hökumətini və bütün məsul şəxsləri Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) çıxardığı müvafiq məcburedici qərara uyğun olaraq Laçın dəhlizi boyunca hərəkətin azadlığını və təhlükəsizliyini təmin etməyə çağırıb.

Qərarda qeyd olunur ki, Azərbaycan “Laçın dəhlizi boyunca hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün əlində olan bütün tədbirləri görməlidir”.

 “Aİ hələ də Laçın dəhlizində davam edən maneələrdən və yerli mülki əhali üçün bunun nəticəsində yaranan humanitar nəticələrdən narahatdır. Azərbaycanın dəhlizdən istifadə ilə bağlı bütün narahatlıqları müstəsna olaraq dialoq yolu ilə həll edilə bilər və həll edilməlidir”,- Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin bəyanatında belə deyilir.

Aİ, həmçinin yerli əhaliyə qaz, elektrik enerjisi və digər xidmətlərin fasiləsiz təmin olunmasının vacibliyini vurğulayır və qeyd edir ki, Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə səyləri dəstəkləməkdə ən yüksək səviyyədə iştirak edir. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,