Aİ bildirir ki, Azərbaycanda işgəncə və qəddar rəftarla bağlı iddialar “tez və obyektiv şəkildə araşdırılmalıdır”
14 Mart 2025

Aİ bildirir ki, Azərbaycanda işgəncə və qəddar rəftarla bağlı iddialar “tez və obyektiv şəkildə araşdırılmalıdır”


Avropa Komissiyası və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bu il yanvar ayının 17-dən etibarən Bakı Hərbi Məhkəməsində on altı Qarabağ ermənisinin məhkəmə prosesini “yaxından izləyir”.  

Dünən Aİ-nin Ali nümayəndəsi Kaja Kallasın adından çıxış edən Aİ-nin Mənzil və Energetika üzrə Komissarı Dan Yorgensen Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında bildirib ki, Aİ məhkəmələrin mövqeyi və müttəhimlərlə rəftar ilə bağlı insan hüquqları təşkilatlarının narahatlığına “çox ciddi” yanaşır. 

“Azərbaycanla münasibətlərimiz hər iki tərəfin sadiq olduğu prinsiplərə – ilk növbədə insan hüquqlarına və qanunun aliliyinə hörmətə əsaslanır”, – Dan Yorgensen bildirib. “Bu baxımdan Avropa İttifaqı Azərbaycan hökumətini lazımi hüquqi prosedurların və ədalətli məhkəmə araşdırması hüququnun yer aldığı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırmağa davam edəcək. Biz bütün imkanlardan istifadə edərək Azərbaycanı məhbuslar üçün layiqli və təhlükəsiz şərait yaratmağa çağıracağıq. İşgəncə və qəddar rəftarla bağlı iddialar dərhal və obyektiv şəkildə araşdırılmalıdır”.

O, əlavə edib ki, Bakı Hərbi Məhkəməsinin məhkəmə prosesləri Ermənistan və Azərbaycan arasında davamlı və dayanıqlı sülhə nail olmaq və “dinc, sabit və firavan Cənubi Qafqazın” qurulması kimi daha geniş məsələlərə toxunur.

Dan Yorgensen həmçinin Aİ-nin Ermənistan və Azərbaycanı münasibətlərin tam normallaşması istiqamətində addımlar atmağa çağırdığını qeyd edib və Aİ-nin “əlində olan bütün vasitələrlə” bu prosesi dəstəkləməyə davam edəcəyini bildirib.

Cümə axşamı 523 lehinə, 3 əleyhinə və 84 bitərəf səslə qəbul edilmiş qətnamədə Avropa Parlamenti Azərbaycanın Dağlıq Qarabağdan olan yüksək vəzifəli siyasi xadimlər daxil olmaqla erməni girovların “qanunsuz həbsini və saxta məhkəməsini” pisləyib. 

Parlament həmçinin insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə, xüsusilə prokuror və hakimlər Camal Ramazanov, Anar Rzayev və Zeynal Ağayevə qarşı sanksiyaların tətbiq edilməsini tələb edib və Beynəlxalq Cinayət Məhkəməsini Dağlıq Qarabağda erməni əhalisinin məcburi köçürülməsi və etnik təmizləmə hallarını araşdırmağa çağırıb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,