Aİ Azərbaycanda müstəqil jurnalistikanın vəziyyətindən  ciddi narahatlığını ifadə edib
Dekabr 22, 2023

Aİ Azərbaycanda müstəqil jurnalistikanın vəziyyətindən  ciddi narahatlığını ifadə edib


Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) Azərbaycanlı jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Əziz Orucov, Rüfət Muradlı, Nərgiz Absalamova, Teymur Kərimov, İbrahim Hümbətov və Hafiz Babalının qanunsuz həbsi ilə bağlı bəyanat yayıb. 

Bəyanatda deyilir ki, bu həbslər “Azərbaycanda müstəqil jurnalistika üçün məkanın daralması və ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı ciddi narahatlıq yaradır və bu, həmin ölkənin beynəlxalq öhdəliklərinə ziddir”.   

Avropa İttifaqı həmçinin hüquq müdafiəçisi İlhamiz Quliyev və müxalifət lideri Tofiq Yaqublunun həbsi, tanınmış alim və fəal Qubad İbadoğlunun və vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması qərarı ilə bağlı təəssüfünü ifadə edib.

Avropa İttifaqı Azərbaycanı fundamental hüquqlarından istifadə etdiyinə görə həbs edilən şəxsləri azad etməyə və müstəqil jurnalistika və ifadə azadlığı üçün “azad və maneəsiz” məkan yaratmağa çağırır.

Bəyanatda həmçinin Aİ-nin Azərbaycanla insan hüquqları sahəsində dialoq və əməkdaşlığa sadiq olduğu bildirilir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,