Martın 15-də Avropa Parlamentinin plenar iclasında Aİ-nin Ali Nümayəndəsi Cozep Borrelin adından çıxış edən Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Avropa İttifaqının Azərbaycan və Ermənistan lidrlərini münaqişənin sülh yolu ilə həll edilməsi üçün tarixi fürsətdən yararlanmağa və əhəmiyyətli dialoq yoluna qayıtmağa təşviq etdiyini bildirib. O, martın 5-də Qarabağda təmas xəttində azı 5 nəfərin ölümü ilə nəticələnən hadisəni xatırladıb.
“Ölümlə nəticələnən bu insidentin hansı şəraitdə baş verdiyi tam araşdırılmalıdır. Bütün tərəflər regional sabitliyə daha çox xələl gətirə biləcək və sülh prosesini təhlükə altına salacaq istənilən hərəkətlərdən çəkinmək üçün təmkinli olmalıdırlar”,- deyə Varhelyi bildirib.
O, Aİ missiyasının Ermənistanda (EUMA) yerləşdirilməsinin sabitliyin təmin olunmasında və Aİ-nin regionda rolunun gücləndirilməsi istiqamətində mühüm addım olduğunu qeyd edib və əlavə edib ki, “hazırda hərəkət azadlığının və həyati-vacib məhsulların təchizatının məhdudlaşdırılması yerli əhalidə ciddi narahatlıq yaradır”.
Eyni zamanda, Varhelyi qeyd edib ki, Aİ həm sülh prosesinin nizamlanmasında, həm də humanitar və minalardan təmizləmə ilə bağlı yardımın göstərilməsində Azərbaycana dəstəyini davam etdirməyə hazırdır.
Azərbaycanda insan hüquqları və qanunun aliliyi ilə bağlı vəziyyətə gəlincə, Varhelyi bunun narahatlıq doğuran məsələ olaraq qaldığını bildirib. O, həmçinin Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasının bütün hallarda ölüm hökmünü qadağan edən protokolunu imzalamasını alqışlayıb və Aİ-nin Azərbaycanda media haqqında yeni qanunun tətbiqinin, siyasi partiyalarla bağlı yeni qanunun qəbulunun və hüquq müdafiəçiləri ilə bağlı ayrı-ayrı halları yaxından izləyidini bildirib.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,